Rusiya taxta ixracına qadağa qoya bilər

Rusiya taxta ixracına qadağa qoya bilər
# 18 avqust 2010 10:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan və Rusiya arasında 2010-cu ilin birinci yarısında aparılan ticarət əlaqələrinin yekunlarına dair Bakıda keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, taxta ixracına qadağanın qoyulması Rusiyada baş verən meşə yanğınları ilə əlaqədardır: «Hazırda hər hansı bir qadağanın tətbiqindən danışmaq tezdir. Belə ki, Rusiya taxta ixracına tətbiq olunan rüsumu da artıra bilər. Lakin buna baxmayaraq, biz Azərbaycana taxtanın idxalında aparıcı mövqeyimizi saxlayacağıq».

Qeyd edək ki, son aylar ərzində Azərbaycanın tikinti bazarında Rusiyadan gətirilən taxtanın qiymətində bahalaşma müşahidə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR