HP şirkətinin xalis mənfəəti 6% artıb

HP şirkətinin xalis mənfəəti 6% artıb
# 20 avqust 2010 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın iri personal kompüter istehsalçılarından biri olan ABŞ-ın Hewlett-Packard (HP) şirkətinin 2009-2010-cu maliyyə ilinin bu il iyulun 31-də bitmiş üçüncü rübü ərzində xalis mənfəəti 6% artaraq 1,77 mlrd. ABŞ dolları təşkil edib.

«APA-Economics»in məlumatına görə, ötən maliyyə ilinin üçüncü rübünün yekunları üzrə HP-nin müvafiq göstəricisi 1,67 mlrd. dollar olub.

RBC yazır ki, hesabat dövrünün yekunlarına görə, şirkətin mədaxili 11% artaraq 30,7 mlrd. dollara bərabər olub. Səhm üzrə hesabda şirkətin mənfəəti 0,75 dollar təşkil edib, ötən il isə bu göstərici 0,69 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR