“Doğma Diyar” turunun növbəti konserti “NarMobile” sponsorluğu ilə Lənkəranda baş tutub - FOTOSESSİYA

“Doğma Diyar” turunun növbəti konserti “NarMobile” sponsorluğu ilə Lənkəranda baş tutub - <font color=red>FOTOSESSİYA</font>
# 20 avqust 2010 11:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk 3G operatoru olan “Azerfon” şirkətinin 2G şəbəkəsi brendi olan “NarMobile”ın sponsorluğu ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq Lənkəranda açıq havada konsert proqramı ilə çıxış ediblər.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, konsert turu iyulun 12-də Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Şirvan şəhərlərində keçirilib. “NarMobile” sponsorluğu və “Ulduz Production”ın təşkilatçılığı ilə həyata keçirilən “Doğma Diyar” layihəsinə Mədəniyyət və Turizm Nazirliyi dəstək verir. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turunun “NarMobile” tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığını daha çox artırmağa imkan verir.

Konsertlərdə iştirak edən sakinlər “NarMobile”dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, “NarMobile” abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 manat ödəməklə şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən etibarən “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Ötən il “Azerfon” və “Vodafone” şirkətləri arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb və dekabr ayından etibarən şirkət “Azerfon-Vodafone” brendi ilə ölkədə ilk dəfə 3G texnologiyası üzərindən xidmət göstərməyə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycanın ərazisinin 80%-ni əhatə edir və hazırda 1,6 mln. abunəçiyə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR