Azərbaycanda fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı və ləğvi qaydaları təsdiqlənib

Azərbaycanda fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı və ləğvi qaydaları təsdiqlənib
# 23 avqust 2010 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları»nı təsdiqləyib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, sənədə əsasən, informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçiriləcək.

Qaydalara görə, informasiya sistemləri ayrı-ayrılıqda dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemləri haqqında məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilir. Dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemlərindən fərdi məlumatların toplanılması, işlənilməsi qadağan edilib. Qeydiyyatı ləğv edilmiş həmin sistemlərdə olan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməlidir.

Sənəddə informasiya sistemlərinin qeydiyyatı üçün tələb olunan sənədlər, həmçinin ləğv edilməsi və s. göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR