ABŞ-da dünyanın ən nəhəng aviaşirkəti yaradılır

ABŞ-da dünyanın ən nəhəng aviaşirkəti yaradılır
# 30 avqust 2010 08:18 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ədliyyə Nazirliyi ölkənin “United Airlines” və “Continental Airlines” aviaşirkətlərinin birləşməsi qərarını bəyənib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bununla da nazirlik dünyanın ən nəhəng aviaşirkətinin yaradılmasına razılıq verib.

ABŞ-ın hökumət təmsilçiləri qeyd ediblər ki, adı çəkilən şirkətlərin üst-üstə düşən marşrutlarının sayı olduqca azdır: “Bu səbəbdən birləşmə bahalaşmaya və reyslərin ləğvinə gətirib çıxarmamalıdır”.

Qeyd edək ki, hazırda daşımaların həcminə görə ABŞ-da 3-cü və 4-cü yerləri tutan “United Airlines” və “Continental Airlines” aviaşirkətləri 370 istiqamət üzrə dünyanın 59 ölkəsinə uçuşlar həyata keçirir. Onların birgə gəliri 29 mlrd. dollardır, aviadonanmalarında isə 700 təyyarə var. Bu şirkətlərdə 88 min nəfər çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR