Zaqatalanın bir neçə kəndində avtomobil yollarının yenidən qurulması işləri aparılacaq

Zaqatalanın bir neçə kəndində avtomobil yollarının yenidən qurulması işləri aparılacaq
# 30 avqust 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Naqliyyat Nazirliyi regionlarda avtomobil yollarının çəkilişini sürətləndirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik bölgələrdə yolların abadlaşdırılmasını diqqət mərkəzində saxlayır və ölkənin ayrı-ayrı bölgələrində regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində avtomobil yollarının çəkilməsi prosesi yüksək sürət və keyfiyyətlə davam etdirilir: «Nəqliyyat Nazirliyi balansında olan yolların təmiri və yenidən qurulması üçün bütün imkanlardan maksimum istifadə edir. Zaqatalada əhalinin gediş gəlişini asanlaşdırmaq məqsədiylə rayonun Yuxarı Çardaqlar kəndinə gedən yola asfalt örtüyü salınması da bu istiqamətdə görülən işlərdəndir».

Yeni yolun uzunluğu 15 km, eni isə 6 metrdır. Həmin ərazidə çayın üzərindən keçən hissəsində olan körpü də əsaslı şəkildə təmir olunub. Sel təhlükəsi və digər təbii fəlakətlər zamanı yola heç bir ziyan dəyməməsi üçün çayın dib hissəsi də dərinləşdirilib. Bundan başqa Danaçı, Aşağı Çardaqlar yolunun da yenidən qurulması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR