Azərbaycan və Belarus şəhərsalma və arxitektura sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan və Belarus şəhərsalma və arxitektura sahəsində əməkdaşlıq sazişi imzalayacaq
# 30 avqust 2010 15:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan və Belarus arxitektura, şəhərsalma və tikinti sahəsində saziş imzalayacaq.

APA-nın «İnterfaks-Zapad»a istinadən məlumatına görə, bu barədə Belarusun Arxitektura və İnşaat Nazirliyindən bildirilib.

Nazirlikdə qeyd ediblər ki, Belarus və Azərbaycan mütəxəssisləri normativ-hüquqi aktların hazırlanması, şəhərsalma və memarlıq layihələndirmə sahəsində təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçməsində iştirak etməkdə maraqlıdırlar. Belarusun layihə təşkilatları “Böyük Bakı” layihəsinin və Bakı Buxtasına daxil olan ərazilərin yenidən qurulması ilə bağlı layihələrdə iştirak etmək niyyətindədir: “Bu istiqamətdə konkret addımlar atılıb. Belarus mütəxəssisləri Azərbaycan tərəfinin yüksək qiymətini almış Bakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasını hazırlayıblar”.

Əməkdaşlıq haqqında sazişin imzalanması Belarus layihə və inşaat təşkilatlarına Azərbaycanda əhalinin aztəminatlı təbəqəsi üçün yaşayış evlərinin inşası proqramında və inşaat materialları istehsal edən müəssisələrin layihələndirilməsində iştirak etmək imkanı verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR