Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qarşı çıxıb

Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qarşı çıxıb
# 07 oktyabr 2010 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün əleyhinə olduğunu bəyan edib.

APA-Economics”in xəbərinə görə, Gürcüstanın baş naziri Nikoloz Gilauri “Associated Press”ə müsahibəsində bildirib ki, rəsmi Tiflis gömrük məsələsi həll olunmadan Rusiyanın ÜTT-yə üzvlüyünü dəstəkləməyəcək.

Onun sözlərinə görə, Moskva Gürcü gömrükçülərinə ölkənin ərazisi olan Abxaziya və Cənubi Osetiyada işləmək imkanı vermir. Tiflis isə bu ərazilərdəki sərhəd keçidlərində Rusiya ilə birgə fəaliyyət göstərilməsini təklif edir.

N.Gilauri Rusiyanı ÜTT-yə üzv olmaqdan əvvəl təşkilatın qaydalarına riayət etməyə çağırıb: “ÜTT-nin qaydalarına əsasən, iki ölkənin həmsərhəd ərazilərinə hər iki tərəf nəzarət etməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR