Azərbaycan paytaxtının tikinti materialları bazarında qiymətlər ötən rüb 4% artıb

Azərbaycan paytaxtının tikinti materialları bazarında qiymətlər ötən rüb 4% artıb
# 25 oktyabr 2010 10:10 (UTC +04:00)
«Əmlak Bazarı İştirakçıları» İB-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ay tikinti materialları bazarında aktivliyin artması qeydə alınıb. Buna istər özəl sektor, istərsə də dövlət layihələri üzrə inşaat işlərinin sürətlə davam etməsi, regionlarda infrastrukturun bərpası səbəb olub.

Sentyabrda yerli bazarda istehsal olunan məhsulların bazardakı ümumi həcmi 54,55%, idxal məhsullarının həcmi isə 45,45% təşkil edib.

Sentyabr ayında tikinti materiallarının orta qiymətində 0,7% azalma müşahidə olunub. Qiymət azalması əsasən keçən ayda sıçrayışlı şəkildə artım baş vermiş taxta materiallarında və qeyri-filiz mədən məhsullarında (qum, çınqıl, otsep) nəzərə çarpıb. Hissolunacaq dərəcədə qiymət artımı isə Türkiyə, İran və Çindən gətirilən şüşə-pambıqda baş verib.

Avqust ayından fərqli olaraq, sentyabrda Rusiyadan idxal olunan taxtanın həcmi artaraq tələbatı üstələsə də, dikt məhsullarının idxalında qıtlığın yaranması müşahidə olunub. Digər metal mənşəli məhsulların idxalında da ötən aylara nisbətdə qıtlıq yaranıb ki, sahibkarlar bunu Ukrayna və Rusiya metal istehsalçılarının məhsullarını daha çox Avropa ölkələrinə ixrac etməkdə maraqlı olmaları ilə əlaqələndirirlər.

Avqust ayı ilə müqayisədə 0,69% qiymət azalması qeyd edilsə də, sentyabr ayında qiymətlər III rübün əvvəli ilə nisbətdə 4,0%, 2010-cu ilin yanvar ayı ilə müqayisədə isə 20,5% artımla müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 18% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR