Azərbaycanda yeni tikilən yaşayış binalarında mənzil satışı artıb

Azərbaycanda yeni tikilən yaşayış binalarında mənzil satışı artıb
# 25 oktyabr 2010 10:48 (UTC +04:00)
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, aparılan monitorinq zamanı aktivlik həm alqı-satqı sahəsində, həm də inşaat işlərinin aparılması, başa çatan binaların sayında müşahidə olunub. Belə ki, sentyabr ayında 2-si Yasamal, 1-i isə Nəsimi rayonunda olmaqla 3 yaşayış binası satışdan çıxıb. İndi paytaxtda satışda olan binaların sayı 438-dir. Hərçənd Birlik bu canlanmanı mövsümi amillərlə izah edir.

Qiymət monitorinqi göstərib ki, paytaxt üzrə sentyabr ayı ərzində satış üçün təklif olunmuş mənzillərin orta qiymətində 0,1% azalma müşahidə edilib. Qiymətlər 1 kv.metr üçün 866 manata qarşı 865 manat olub.

Qiymət azalması III rübün əvvəli ilə müqayisədə 0,1%, 2010-cu ilin əvvəlindən 3,6%, ötən ilin müvafiq dövrünə nisbətdə 9,6% təşkil edib. Böhrandan əvvəlki pik dövrü (2008-ci ilin sentyabrı) ilə müqayisədə qiymət azalması 27,6% təşkil edib.

Paytaxtda ən çox bina Yasamal rayonunun ərazisində tikilir (binaların 27,2%-i), daha sonra isə Xətai (21,0%) və Nəsimi (17,1%) rayonları gəlir.

Qiymət indeksində də 0,1% azalma baş verib ki, nəticədə bu göstərici avqust ayındakı 333,0 bəndə qarşı 332,0 səviyyəsində qərarlaşıb.

Ötən aylarda olduğu kimi indi də yeni tikililərdə ən çox 3 otaqlı mənzillər satılır. Qeyd edək ki, 5 otaqlı mənzillər əsasən şəhərin mərkəzindəki I zonada üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR