Azərbaycana «Hyundai» avtomobilinin yeni modeli gətirilib
26 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai Motors»» şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» ölkəyə yeni avtomobil modeli gətirib. Bu barədə «APA-Economics»ə «Hyundai Auto Azerbaijan» şirkətinin marketinq departamentinin direktoru Rüstəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sözügedən yeni model «Hyundai ix20»dir və hazırda ölkəyə bu modelin 1 ədəd pilot versiyası gətirilib: «Gələn aydan etibarən isə «Hyundai ix20» Azərbaycan bazarında satışa çıxarılacaq ki, biz ölkəyə sözügedən modeldən təxminən təxminən 20 ədədini idxal edəcəyik».
Yeni modelin qiymətinə gəldikdə isə, R.Məmmədov qeyd edib ki, hazırda avtomobilin satış qiyməti müəyyənləşməyib. Lakin «ix20» avtomobilinin təxminən 16-19 min manat qiymətilə satışa çıxarılacaq.
Qeyd edək ki, «Hyundai ix20» 1,4 litr həcmli mühhəriklə təchiz olunub. Avtomobilin ətraf mühitə karbon qazının (CO2) atılması 114 qr/km-ə bərabərdir. Yeni model 100 km məsafəyə 3,6 litr yanacaq sərf edir. Bundan başqa, sözügedən krossover mühərrik üçün nəzərdə tutulmuş «start-stop» sistemi, «klimat-kontrol», «bluetooth» sistemi, eyni zamanda yan təhlükəsizlik yastıqları və digər avadanlıqlarla təchiz olunub.
Xatırladaq ki, «Hyundai Auto Azerbaijan» şirkəti 1995-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıdan başqa ölkənin 9 regionunda satış və servis mərkəzləri fəaliyyət göstərir.

İnfrastruktur
Sabahdan Bakıda bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
12:53
8 sentyabr 2024
Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
18:50
6 sentyabr 2024
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib - FOTO
17:25
6 sentyabr 2024
Hava limanı-Mərdəkan avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq
16:14
6 sentyabr 2024