“AVTOVAZ” satış həcminə görə tarixi rekord müəyyənləşdirib

“AVTOVAZ” satış həcminə görə tarixi rekord müəyyənləşdirib
# 05 yanvar 2011 08:40 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “AVTOVAZ” şirkəti 2010-cu ildə rekord sayda avtomobil satmağa müvəffəq olub.

APA-Economics”in xəbərinə görə, bu barədə “AVTOVAZ” ASC-nin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən il şirkət 517 147 “Lada” avtomobili satıb. Bu isə 2009-cu ilin göstəricisindən (337 784) 48% çoxdur.

2010-cu ilin dekabr ayında “AVTOVAZ” daxili bazarda 49 597 avtomobil satıb ki, bu da bir il əvvəlki analoji göstəricidən 78,3% çoxdur. Dekabr ayında 3012, bütövlükdə 2010-cu il ərzində 41 577 ədəd “Lada” avtomobili ixrac olunub.

Xatırladaq ki, “AVTOVAZ” şirkəti 1993-cü ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın “Renault” şirkətidir. “AVTOVAZ”ın səhmlərinin 25%-i “Renault”a məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR