Almaniyada avtomobil satışı üzrə mənfi rekord qeydə alınıb

Almaniyada avtomobil satışı üzrə mənfi rekord qeydə alınıb
# 05 yanvar 2011 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Almaniyanın ilkin avtomobil bazarında iki Almaniyanın birləşməsi dövründən bəri ən az avtomobil satılıb.

APA-Economics”in “Deutsche Welle”yə istinadən xəbərinə görə, yeni avtomobillərin satış həcminin azalmasına baxmayaraq, Almaniyada avtomobillərin ixrac həcminin artması ölkənin avtomobil bazarı üçün uğurlu olub.

Ötən il Almaniyada 2,920 mln. ədəd yeni avtomobil realizə olunub ki, bu da 2009-cu illə müqayisədə 23% azdır. Eyni zamanda bu göstərici son 20 il ərzində ən aşağı göstəricidir. Belə ki, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikasının birləşməsi dövründən bu yana ölkədə avtomobillərin satışı heç zaman 3 mln.-dan aşağı düşməyib.

2010-cu ildə Almaniyada 5,5 mln. avtomobil istehsal olunub ki, bu da 2009-cu ilə nisbətən 12% çoxdur. Hesabat ilində ölkənin avtomobil ixracı təxminən 25% artaraq 4,2 mln. ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR