İstanbul əhalisi bəyəndiyi tramvayı elektron səsvermə ilə seçəcək

İstanbul əhalisi bəyəndiyi tramvayı elektron səsvermə ilə seçəcək
# 06 yanvar 2011 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İstanbul (Türkiyə) əhalisinə şəhərdə hərəkət edəcək tramvayın seçilməsi imkanı verilib.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bələdiyyə və şəhər tramvaylarının dizayn və layihələndirməsi ilə məşğul olan «Ulaşım» şirkəti əhaliyə tramvayın iki modeldən birini seçmək imkanını yaradıb.

Belə ki, İstanbul əhalisi müvafiq veb-sayt (www.istanbultramvayiniseciyor.com) vasitəsilə istədiyi və bəyəndiyi tramvaya səs verə bilər. Veb-saytda tramvayların şəkilləri ilə yanaşı, texniki parametrləri də göstərilib.

Səsvermə 2011-ci ilin yanvarın 31-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR