“Motorola” korporasiyası iki müstəqil şirkətə bölünüb

“Motorola” korporasiyası iki müstəqil şirkətə bölünüb
# 06 yanvar 2011 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-ın “Motorola” korporasiyası iki müstəqil şirkətə bölünüb.

«APA-Economics»in məlumatına görə, hələ 2009-cu ildə baş tutmalı olan bölünmə müəyyən problemlər səbəbindən təxirə salınmışdı.

Hazırda isə baş tutmuş rəsmi bölünməyə görə, korporasiya “Motorola Mobility” və “Motorola Solutions” şirkətlərinə bölünüb. Birinci şirkət mobil telefon, planşet, smartfon və multimedia qurğularının istehsalı, digəri isə radiostansiya, mobil kompüter, təhlükəsizlik sistemləri, skanerlər və simsiz rabitə ilə məşğul olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR