Güclü qar Böyük Britaniyanın ən nəhəng aviaşirkətinə 77 mln. dollar zərər vurub

Güclü qar Böyük Britaniyanın ən nəhəng aviaşirkətinə 77 mln. dollar zərər vurub
# 07 yanvar 2011 11:51 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın ən nəhəng aviaşirkəti olan “British Airways” 2010-cu ilin dekabr ayında baş verən güclü qar səbəbindən 50 mln. funt-sterlinq (77 mln. dollar) zərərə uğrayıb.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, 2009-cu ilin dekabr ayı ilə müqayisədə ötən ilin dekabr ayında yükdaşımanın həcmi 10%, sərnişindaşımanın həcmi 8,3% azalıb.

2009-cu ilin dekabrında “British Airways”in xidmətlərindən 2,4 mln. nəfər, 2010-cu ilin dekabrında isə 2,1 mln. nəfər sərnişin istifadə edib.

Qeyd edək ki, ötən ilin son ayında Avropada və ABŞ-ın şərq sahillərində müşahidə olunan güclü qar səbəbindən yüzlərlə aviareys təxirə salınıb, dəmiryolunun fəaliyyəti iflic olub. Anomal hava şəraitinin bu ilin yanvar ayında da davam etməsi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR