Çində 15 mərtəbəli bina 6 günə tikilir - VİDEO

Çində 15 mərtəbəli bina 6 günə tikilir - <font color=red>VİDEO</font>
# 08 yanvar 2011 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Çinlilər çoxmərtəbəli binanı bir həftədən də tez tikməyi öyrəniblər.

«APA-Economics»in məlumatına görə, Çinin Xunan əyalətinin Çanşa şəhərində 15 mərtəbəli mehmanxananı tikib başa çatdırmaq üçün çinli inşaatçılara cəmi 6 gün kifayət edib.

9 ballıq zəlzələyə davamlı olan bina səs və istilik izolyasiyası ilə (səsi və isti-soyuğu keçirmir), bütün lazımi elektrik sistemləri, kabel və 3 qat şüşəli pəncərələrlə təmin edilib. Binanın karkası 46 saat 38 dəqiqə 12 saniyəyə qurulub. Onun daxili abadlaşdırma işləri 90 saat 9 dəqiqə 52 saniyə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR