Bakının inkişafı planı hazırlanır

Bakının inkişafı planı hazırlanır
# 10 yanvar 2011 08:32 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq bəzi sahələr üzrə məsləhətçi şirkətlərin seçiminə start verib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu şirkətlər strateji ekoloji qiymətləndirmə, Böyük Bakının rəqabətliliyi və yerli iqtisadi inkişaf strategiyası, şəhərsalma və regional planlaşdırma üzrə araşdırmalar aparıb tövsiyələr hazırlamalıdır.

Strateji Ekoloji Qiymətləndirmənin aparılması zamanı BBRİP-nin yerinə yetirilməsi zamanı ehtimal edilən ətraf mühitə təsir qiymətləndiriləcək, Böyük Bakının şəhərsalma inkişafını təmin etmək üçün siyasət, institusional və idarəetmə tədbirləri tövsiyə ediləcək və sektorlar üzrə layihələr və planlar təklif ediləcək. Bura həmçinin Ələt və Dübəndi ərazilərindən istifadə və struktur planların hazırlanması daxildir. Bu işlər çərçivəsində şəhərin inkişaf planlaşdırmasının geniş ictimaiyyətin müzakirəsinə çıxarılması da nəzərdə tutulub.

Böyük Bakının Rəqabətliliyi və Yerli İqtisadi İnkişaf Strategiyası çərçivəsində Böyük Bakının yerli iqtisadiyaatı və rəqabətliliyi üzrə təfərrüatlı analitik tədqiqatların aparılması, Strategiya və Fəaliyyət Planının hazırlanması planlaşdırılır. Bu işləri aparacaq fərdi məsləhətçi digər keyfiyyətlərlə yanaşı, sənaye zonalarının inkişaf etdirilməsi və menecmenti üzrə biliklərə, eləcə də Şərqi Avropa regionunda iş təcrübəsinə malik olmalıdır.

Şəhərsalma və Regional Planlaşdırma işlərinə isə Bakı Regionu və Azərbaycan üçün Effektiv Planlaşdırma Sisteminin, eləcə də Bakı Regionu üçün İnstitusional İnkişaf Planının tərtibi aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR