BMI avaişirkəti endirim kampaniyasına start verib

BMI avaişirkəti endirim kampaniyasına start verib
# 10 yanvar 2011 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti endirimli bilet satışına başlayıb. Şirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, aviabilet satışına endirim həm «biznes», həm də «ekonom» sinifinə aid biletlər üçün nəzərdə tutulub.

«Yanvarın 25-dək bilet sifariş edən müştərilər Londondan tutmuş Nyu-Yorka kimi müxtəlif istiqamətlər üzrə biletin qiymətində qənaət etmək imkanı qazanacaqlar. Təyinat məntəqələrinə London, Mançester, Edinburq, Vaşinqton və Toronto şəhərləri daxildir», - deyə şirkətdən bildirilib.

Endirim kapmaniyası çərçivəsində sərnişinlər yanvarın 24-dən iyunun 30-dək Böyük Britaniya və Avropaya səyahət etmək üçün bilet sifariş edə bilər. Kanadaya və ABŞ-a isə endirimli qiymətlərlə noyabrın 30-dək səyahət etmək mümkün olacaq.

Aksiya müddətində Bakıdan Londona və əks istiqamətdə bir aviabiletin qiyməti 449 avrodan, Mançester və Edinburqa 519 avrodan, Nyu-Yorka 520 avrodan, Vaşinqtona 650 avrodan, Torontoya isə 500 avrodan başlayır. Aviabiletlərin qiymət iki istiqamətdə göstərilib və qiymətə vergilər və digər xərclər daxil deyil. Səyahət 2011-ci il dekabrın 15-nə kimi həyata keçirilməlidir.

Xatırladaq ki, BMI şirkətinin əsas uçuş marşrutları Aberdin, Əddis-Əbaba, Almatı, Əmman, Bakı, Beyrut, Belfast, Bişkek, Qahirə, Dəməşq, Dammam, Dublin, Edinburq, Fritaun, Qlazqo, Hannover, Ciddə, Xartum, Mançester, Moskva, Ər-Riyad, Tiflis, Tehran, Vyana və İrəvan şəhərlərinə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR