Türkmənistanda kompyuteri bilməyən məmurlar işdən çıxarılacaq

Türkmənistanda kompyuteri bilməyən məmurlar işdən çıxarılacaq
# 11 yanvar 2011 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov yüksək vəzifəli bütün məmurlara kompyuterlə işləməyi öyrənmək barədə göstəriş verib.

APA-Economics”in “İTAR-TASS”a istinadən xəbərinə görə, dövlət başçısı hökumətin yanvarın 10-da keçirilən iclasında tələbinin sərt olduğunu etiraf edib.

“Amma bu olmadan iqtisadiyyatı idarə etmək, ölkənin inkişafında yüksək nəticələrə nail olmaq mümkünsüzdür” - deyə prezident qeyd edib. O, məmurların kompyuter biliklərinə yiyələnməsi və vəzifələrini qoruması üçün pullu kurslar açılmasını təklif edib.

Türkmənistan prezidenti gələcək planları sırasında “elektron hökumət” yaradılacağını və kağız sənəd dövriyyəsinin azaldılacağını açıqlayıb. O, bütün orta və ali məktəblərdə kompyuter kursları açılmasının vacibliyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR