Azərbaycan paytaxtında bəzi ərazilər yenidən qurulacaq - EKSKLÜZİV

Azərbaycan paytaxtında bəzi ərazilər yenidən qurulacaq - <font color=red>EKSKLÜZİV </font>
# 11 yanvar 2011 09:45 (UTC +04:00)
Bura «Qara şəhər», «xutor», «20-ci sahə», «5-mərtəbə» adlanan ərazilərin yenidən qurulması, eləcə də Dənizkənarı Bulvarın Əhmədli qəsəbəsi istiqamətində uzadılması daxildir. Bu barədə «APA-Economics»ə açıqlamasında «Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı bildirib.

Bu işlər çərçivəsində «Qara şəhər»in torpaqlarının yeni məqsədlər, o cümlədən həm yaşayış, həm inzibati mərkəzin formalaşdırılması, bəzi sənaye zonalarının inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda 220 hektar ərazidə «Ağ Şəhər» layihəsi reallaşdırılır. Bundan başqa, Heydər Əliyev prospektinin şimal tərəfində yeni inzibati mərkəzin təməli qoyulur. Bəzi ictimai və dövlət əhəmiyyətli binaların bu əraziyə köçürülməsi nəzərdə tutulur. Artıq Dövləit Neft Şirkəti və Dövlət Neft Fondunun yeni binalarının burada yerləşəcəyi dəqiqləşib.

Paytaxtda yeni məskunlaşma yeri kimi nəzərdə tutularaq yenidən qurulacaq ərazilərdən biri də «Xutor» olacaq. Mütəxəssislərin fikrincə, bu ərazi indiki kimi, amma daha planlı şəkildə - yaşayış zonası kimi istifadə oluna bilər.

Həddən artıq sayda plansız tikililər və nəqliyyat sisteminə malik olan «20-ci sahə» adlanan ərazi də qarşıdakı illərdə böyük işlərin görülməsini tələb edir. Buranın mürəkkəb ərazi və relyefə malik olduğunu, son 20 ildə burada qanunsuz və mütəşəkkil olmayan tikililərin yarandığını deyən mütəxəssislərin fikrincə, ərazidə nəqliyyat sisteminin sağlamlaşdırılması üçün böyük işlər görülməlidir.

Dənizkənarı Bulvarda görüləcək əsas iş bulvarın şərq – Əhmədli istiqamətində təqribən 9 km uzadılaraq 12 km-ə çatdırılması olacaq.

Memarın sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, hazırda şəhərin mərkəzindəki ərazilərin bir hissəsi səmərəli istifadə olunmur. Təkcə «Qara şəhər» ərazisində təqribən 1500 hektara qədər ərazi istifadəsiz qalıb.

Bu ərazilərdə inkişaf üçün yararlı olan digər torpaq sahələri Böyük Şor gölünün ətrafındadır. Hazırda gölün tədricən qurudulması, onun ətrafında fəal tikinti işləri aparılır. Bütün bu məsələlər BBRİP çərçivəsində araşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR