Hindistan 180 ədəd «Airbus» təyyarəsi alacaq

Hindistan 180 ədəd «Airbus» təyyarəsi alacaq
# 12 yanvar 2011 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hindistanın «IndiGo» aviaşirkəti ümumi dəyəri 15,6 mlrd. ABŞ dolları olan Almaniya istehsalı olan 180 ədəd «Airbus» təyyarəsi almaq niyyətindədir.

«APA-Economics»in «Associated Press»ə istinadən verdiyi məlumata görə, sözügedən şirkət 30 ədəd klassik «Airbus 320» və 150 ədəd təkmilləşdirilmiş «Airbus 320neo» avialaynerləri almağı planlaşdırır. «Airbus 320neo» təyyarələri az səsli və az yanacaq sərf edən mühərriklərlə təchiz olunub.

Qeyd edək ki, «Airbus» şirkəti «A320neo» proqramının icrasına 2010-cu ilin dekabr ayında başlayıb. İndiyədək «Airbus» sözügedən təyyarəyə sifariş almayıb və əgər «IndiGo» ilə «Airbus» arasında sövdələşmə baş tutarsa, bu, təkmilləşdirilmiş «A320» avialaynerinin ilk satışı faktı olacaq.

Xatırladaq ki, ümumiyyətlə «A320» təyyarəsi ən çox satılan avialaynerdir. Belə ki, sözügedən təyyarə üçün «Airbus» şirkətinə 800 sifariş daxil olub və şirkət artıq 4,5 min ədəd «A320» təyyarəsini 310 sifarişçiyə təhvil verib. «A320» təyyarələrinin istehsalına 1988-ci ildə başlanılıb ki, sözügedən təyyarə «Boeing 737» avialaynerinə rəqib kimi hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR