Yanvarın 17-18-də Azərbaycan dəmiryolunda “texniki pəncərə” olacaq

Yanvarın 17-18-də Azərbaycan dəmiryolunda “texniki pəncərə” olacaq
# 12 yanvar 2011 09:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanvarın 17-18-də dəmiryolunun bəzi hissələrində hərəkət rejiminin müvəqqəti dəyişdiriləcəyi ilə bağlı məlumat yayıb.

QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Ələt-Astara magistral avtomobil yolunun 9 kilometr hissəsinin tikintisi layihəsi çərçivəsində, Yeni Ələt-Xıdırlı mənzilinin 7 kilometrində dəmir yolu xətti üzərindən keçən yeni yol ötürücüsünün 2 saylı aşırım tirləri qoyulacaq. Bununla əlaqədar olaraq 17 yanvar 2011-ci ildə saat 7.00-dan 17.00-a kimi, 18 yanvar 2011-ci ildə isə saat 10.00-dan 17.00-a kimi Yeni Ələt-Xıdırlı mənzilində hər iki yolda qatarların hərəkəti dayandırılmaqla “texniki pəncərə” veriləcək.

Nəticədə 17-18 yanvar 2011-ci il tarixlərində Keşlə-İmişli-Keşlə elektrik qatarı əvvəlki marşrutla yox, Keşlə-Hacıqabul-Şirvan-İmişli-Şirvan-Hacıqabul-Keşlə marşrutu ilə hərəkət edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR