Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 3%, sərnişindaşıma tarifləri isə 2% ucuzlaşıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 3%, sərnişindaşıma tarifləri isə 2% ucuzlaşıb
# 12 yanvar 2011 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 97,2%, sərnişindaşıma tarifləri isə 98,2% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolunda yükdaşıma tarifləri yerli əlaqə üzrə 4,6%, digər ölkələrə göndərilmə üzrə 1,8% artıb, digər ölkələrdən gətirilmə üzrə 5,2%, tranzit yüklərin daşınması üzrə isə 0,1% ucuzlaşıb.

Hesabat ayında dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 4,4% bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri müvafiq olaraq 5,5% və 0,1% düşüb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,2% ucuzlaşıb, sərnişindaşımada isə 2% bahalaşıb. Bundan əlavə, uzaq xaricə sərnişindaşıma tarifləri 6,6% ucuzlaşıb.

Bundan başqa, dekabr ayında boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,4% ucuzlaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 19,5%, şəhərətrafı və şəhərdaxili yükdaşıma 19,8%, işəmuzd tarif 15,3% azalıb, bir saatlıq işə görə yükdaşıma tarifi isə 0,8% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR