Dəmiryolunda yüksək sürət üzrə yeni dünya rekordu müəyyənləşib

Dəmiryolunda yüksək sürət üzrə yeni dünya rekordu müəyyənləşib
# 13 yanvar 2011 09:14 (UTC +04:00)
Bakı - APA-Economics. Dəmiryolunda yüksək sürət üzrə yeni dünya rekordu Çində qeydə alınıb.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, “Xese” ekspress qatarı saatda 487,3 km sürətlə hərəkət edib.

Rekord Anxoy əyalətində, Pekin-Şanxay dəmir yolu magistralında qeydə alınıb. Səfərin məqsədi məhz yeni dünya rekordu olub. Belə ki, qatarım maksimal istismar sürəti 380 km/saatdır.

Qeyd edək ki, dəmiryolunda yüksək sürət üzrə son dünya rekordu da Çinə məxsusdur. Bu rekordu “Xese”nin əvvəlki versiyası müəyyənləşdirib - 486,1 km/saat. Sürətli və rahat “Xese” qatarlarından əsasən əcnəbilər və varlı çinlilər istifadə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR