«Flydubai» aviaşirkəti yeni güzəşt kampaniyası keçirir

«Flydubai» aviaşirkəti yeni güzəşt kampaniyası keçirir
# 13 yanvar 2011 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti yeni kampaniyaya start verib. Bu barədə «APA-Economics»ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Şirkətdən verilən məlumata görə, «2+1» adlı yeni kampaniya çərçivəsində Bakı-Dubay marşrutuna iki aviabilet alan müştəriyə üçüncü aviabilet hədiyyə olaraq təqdim ediləcək: «Aksiya fevralın 15-dək davam edəcək və kampaniya yalnız yanvarın 20-dən fevralın 20-dək sifariş olunan aviabiletləri əhatə edir. Belə ki, bu müddət ərzində Dubayda şopinq festivalı keçiriləcək».

Qeyd edək ki, «Flydubai» şirkəti Bakı-Dubay marşrutu üzrə uçuşları hər həftənin II, V və VII günləri saat 21:50-də yerinə yetirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 191 manatdan başlayır.

Xatırladaq ki, yanvarın 20-dən fevralın 20-dək Dubayda ənənəvi şopinq festivalı («Dubai Shopping Festival») keçiriləcək. Festival çərçivəsində Dubayın ticarət mərkəzlərinin müştərilərinə bütün satılan mallara 5-50%-lik endirimlər təklif olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR