Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür

Azərbaycanda hər 100 nəfərə 45 internet istifadəçisi düşür
# 14 yanvar 2011 09:16 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin qiymətinin aşağı düşməsi dinamik prosesdir: “Bu, eyni zamanda ötən il ərzində də müşahidə olunub. Məqsədimiz hər bir vətəndaşın münasib qiymətlə internet xidmətlərindən istifadəsini təmin etməkdir”.

E.Vəlizadə qeyd edib ki, Azərbaycanda internet xidmətlərinin bugünkü qiymətləri bölgə və eyni zamanda region üzrə orta qiymətlərə uyğundur, bəzi ölkələrdənsə bir qədər də aşağıdır: “Hazırda Azərbaycanda əhalinin 45%-i internet istifadəçisidir. Yəni hər 100 nəfərə 40-45 internet istifadəçisi düşür. Onlardan 12%-i genişzolaqlı internet istifadəçisidir”.

Ölkədə internetin sürətindən danışan nazir müavini bildirib ki, əgər 2009-cu ildə ölkəyə daxil olan internetin sürəti 1 Gbit/s idisə, 2010-cu ildə bu rəqəm 40 Gbit/s-yə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR