Azərbaycanda elektron xidmətlərin tətbiqi genişləndiriləcək

Azərbaycanda elektron xidmətlərin tətbiqi genişləndiriləcək
# 14 yanvar 2011 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda “Elektron Hökumət” layihəsi çərçivəsində elektron xidmətlərin tətbiqi bu il genişləndiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib.

Onun sözlərinə görə, “Elektron Hökumət” layihəsinin əsas məqsədi dövlət qurumlarının elektron xidmətə keçidini tam təmin etməkdir ki, insanlar bu xidmətlərdən yararlana bilsin.

Artıq bir sıra dövlət qurumlarında elektron xidmətlərin nümunələrinin mövcud olduğunu deyən nazir müavini Vergilər Nazirliyini, Dövlət Gömrük Komitəsini və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını buna misal göstərib.

E.Vəlizadə qeyd edib ki, bu il ərzində elektron xidmətlərin tətbiqi genişləndiriləcək: “Elektron xidmətlər üzrə 20 Avropa standartı var. Bunun 12-si vətəndaşlara, 8-i özəl qurumlara aiddir. Bu standartların 11-i ölkədə tətbiq olunur və getdikcə onların sayı artırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR