Azərbaycanın TASİM layihəsinə bir sıra ölkələr və beynəlxalq qurumlar maraq göstərir

Azərbaycanın TASİM layihəsinə bir sıra ölkələr və beynəlxalq qurumlar maraq göstərir
# 14 yanvar 2011 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə bir sıra ölkələrin və beynəlxalq qurumların marağı getdikcə artır.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib.

Onun sözlərinə görə, layihə Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə təqdim edilib və 2009-cu ilin sonunda BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənib.

E.Vəlizadə qeyd edib ki, ötən il layihənin icrası üçün xüsusi konsorsium yaradılıb, ilkin hazırlıq işləri və bir sıra ölkələrlə danışıqlar aparılıb: “Hazırda layihənin icrası üçün müvafiq işlər görülür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR