Nazir müavini Elmir Vəlizadə: “Azərbaycanda mobil rouminq tariflərinin aşağı salınması üçün müəyyən vaxta ehtiyac var”

Nazir müavini Elmir Vəlizadə: “Azərbaycanda mobil rouminq tariflərinin aşağı salınması üçün müəyyən vaxta ehtiyac var”
# 14 yanvar 2011 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda mobil rabitə sahəsində rouminq xidmətlərinin tariflərinin aşağı salınması üçün müəyyən vaxta ehtiyac var.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib.

Onun sözlərinə görə, tariflər vacib amillərdən biridir və onlara mütəmadi olaraq baxılır: “Rabitə sahəsində müəyyən qiymətlər Tarif Şurası tərəfindən, bəziləri isə şirkətlər tərəfindən tənzimlənir”.

E.Vəlizadə qeyd edib ki, Avropada rouminq üçün sabit qiymətlər tətbiqi edilir: “Bu, Azərbaycan üçün də aktual məsələdir. Nazirlik tərəfindən şirkətlərə müraciət olunub və bu məsələyə baxılır. Rouminq beynəlxalq məsələ olduğundan, bir qədər vaxta ehtiyac var. Bunun üçün müəyyən rentabellik olmalıdır. Güman edirik ki, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılmasından sonra xidmətlərin göstərilməsi üzrə qiymətlər aşağı düşəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR