Azərbaycan İT üzrə beynəlxalq reytinqində irəliləyib

Azərbaycan İT üzrə beynəlxalq reytinqində irəliləyib
# 14 yanvar 2011 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İT sahəsində beynəlxalq piratçılıq reytinqində aşağı pillələrə düşüb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, əgər bundan bir neçə il öncə Azərbaycan sözügedən siyahıda ilk dördlüyə daxil idisə, artıq ölkədə lisenziyalaşdırma sahəsinə ciddi fikir verilir və bunun nəticəsi olaraq, Azərbaycan siyahıda aşağı pillələrə enə bilib: «Bu da o deməkdir ki, beynəlxalq aləmdə Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi işlərin aparıldığı qəbul edilir. Azərbaycan informasiya təhlükəsizliyinə bundan sonra da ciddi diqqət yetirəcək».

E.Vəlizadə həmçinin bildirib ki, ölkədə icra olunan «Xalq Kompyuteri» layihəsi çərçivəsində 10 min müəllim güzəştli şərtlərlə kompyuter əldə edə bilib və avadanlıqların hamısı lisenziyalaşdırılmış proqram təminatı ilə təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR