«Lada» avtomobillərində nöqsanlar aşkarlanıb

«Lada» avtomobillərində nöqsanlar aşkarlanıb
# 15 yanvar 2011 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» şirkəti 10,5 min ədəd «Lada» avtomobilini geri çağırıb.

«APA-Economics»in məlumatına görə, şirkətin yaydığı rəsmi məlumata əsasən, buna səbəb «Lada»nın bir neçə modelində daxili yanacaqlı mühərrikdə mövcud nöqsanların aradan qaldırmaq zərurətidir. Nöqsanların olub-olmaması «Lada Kalina», «Lada Priora», «Lada Samara», «Lada 2105» «Lada 2107» və «Lada 4x4» modellərində araşdırılacaq. Artıq «Lada» bütün dilerlərinə satışdan sonra avtomobilə lazımi xidmətin göstərilməsi barədə göstəriş verib.

Qeyd edək ki, sözügedən modellərin realizə olunmamış hissəsi nöqsanlar aradan qaldırıldıqdan sonra satışa çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR