Moskva aeroportlarında pasport nəzarəti avtomatlaşdırılıb

Moskva aeroportlarında pasport nəzarəti avtomatlaşdırılıb
# 17 yanvar 2011 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Moskvanın «Domodedovo» hava limanında xarici vətəndaşların pasport nəzarətini keçərkən miqrasiya kartlarının doldurulması və verilməsi üzrə avtomatlaşdırılmış sistem tətbiq olunub.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əgər bundan öncə Rusiyaya gələn xarici vətəndaşlar miqrasiya kartını əllə yazıb doldurmalı idisə, hazırda bu kart xarici vətəndaşın sərhəd xidməti işçilərinə pasportunu verdikdə avtomatik olaraq doldurulur.

Sözügedən yenilik artıq Moskvanın «Vnukovo» aeroportunda da tətbiq olunub, 2011-ci ilin sonunadək isə müvafiq avadanlıqla «Şeremetyevo» hava limanı da təchiz olunacaq. Gələcəkdə Rusiyanın Sankt-Peterburq, Kazan və Vladivostok şəhərlərində də bu yenilik tətbiq olunacaq.

Qeyd edək ki, Bakıdan «Domodedovo», «Vnukovo» və «Şeremetyevo» hava limanlarına hər gün bir çox aviaşirkətlər uçuşlar yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR