Azərbaycanın tikinti sektorundakı vəziyyət geniş müzakirə olunacaq

Azərbaycanın tikinti sektorundakı vəziyyət geniş müzakirə olunacaq
# 18 yanvar 2011 12:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın tikinti sektorundakı mövcud vəziyyət, gələcək inkişafı və onunla bağlı iş adamlarının təklifləri yanvarın 21-də dövlət orqanları və tikinti şirkətlərinin iştirakı ilə Bakıda keçiriləcək biznes-forumda müzakirə olunacaq. «APA-Economics»in məlumatına görə, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (Caspian-European Integration Business Club - CEIBC) nəzdində fəalliyyət göstərən «Tikinti Klubu»nun üzvlərinin qatılacağı biznes-foruma Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Aqentliyinin rəisi Cəbrayıl Xanlarov sədrlik edəcək.

Görüşdə İqtisadi İnkişaf Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, «Azəriqaz» İB, «Bakıelektrikşəbəkə» ASC, Bakı şəhər İcra Hakimiyyəti və s. qurumların rəsmi nümayəndələri iştirak edəcəklər. Görüş zamanı Azərbaycanda tikinti sektorunun inkişaf perspektivləri müzakirə olunacaq, həmçinin tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin təklif və problemləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR