Azərbaycandakı tikinti müəssisələri ötən il inşaat işlərini 23% artırıb

Azərbaycandakı tikinti müəssisələri ötən il  inşaat işlərini 23% artırıb
# 19 yanvar 2011 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 22,7% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 74,3%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,3%-ni əsaslı təmir, 5%-ni cari təmir, 4,4%-ni isə sair tikinti işləri təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 24,8%-ni, qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri isə 75,2%-ni həyata keçirib.

Qeyd edək ki, 2010-cu ilin yanvar-noyabr aylarında inşaat bölməsində çalışmış 64,6 min nəfərin orta aylıq nominal əmək haqqı 505,3 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 528,1 manat olub. Əmək haqqı binaların tikintisi fəaliyyəti sahəsində əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,2%, mülki təyinatlı inşaat işlərində 2,8%, ixtisaslaşdırılmış tikinti işlərində isə 1,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR