“Bakı Ağ Şəhər” layihəsi Riqada təqdim olunub

“Bakı Ağ Şəhər” layihəsi Riqada təqdim olunub
# 19 yanvar 2011 15:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yanvarın 16-18-də Riqada, “Radison” hotelində baş tutan Azərbaycan-Latviya biznes-forumu çərçivəsində “Bakı Ağ Şəhər” layihəsinin təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində təşkil olunan biznes-forumda Latviya və Azərbaycan iş adamlarına məlumat verilib ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı, “Atkins”, “Foster+Partners” (Böyük Britaniya) və “F+A Architects” (ABŞ) kimi dünya şöhrətli şirkətlərin iştirakı ilə hazırlanmış “Baku White City” layihəsi paytaxtın mərkəzinin daha da genişlənməsinə və Bakı bulvarının əhəmiyyətli dərəcədə uzanmasına kömək edəcək.

Tədbirdə bildirilib ki, Bakıda tarixi Qara şəhərin bərpası və inkişafını nəzərdə tutan “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində potensial investorlar üçün xüsusi imtiyazlar nəzərdə tutulub və bu səbəbdən layihə investisiyalar üçün əlverişlidir. Layihə barədə animasiya filminin nümayiş olunduğu təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” haqqında Azərbaycan prezidenti İlham Əliyevin fərmanın icrası çərçivəsində həyata keçirilən “Bakı Ağ Şəhər” şəhərsalma layihəsi paytaxtın yeni, müasir mərkəzinin yaradılmasını, həmçinin yeni tipli şəhər infrastrukturunun inkişafını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR