İspaniya Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

İspaniya Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 20 yanvar 2011 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov İspaniyanın «Imagen Y Comunicacion» (IYC) şirkətinin nümayəndə heyətini qəbul edib.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tanınmış ispan şirkətinin nümayəndələrini qəbul edən Z.Məmmədov son illər Azərbaycanda həyata keçirilən islahatlardan və yol-nəqliyyat kompleksinin uğurlarından danışıb və qeyd edib ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır.

Öz növbəsində, IYC-nın nümayəndələri Azərbaycanda bir sıra nəqliyyat layihələrində, o cümlədən dəmir yolunun modernləşdirilməsi və qatarların sürət həddinin artırılması istiqamətində görülən işlərdə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib.

Qeyd edək ki, dünyada 3-cü, Avropada isə ən böyük şirkət olmağa can atan IYC şirkəti iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən iri infrastruktur layihələri həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR