Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
# 20 yanvar 2011 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud əlaqələrin inkişafından, tranzit yüklərin daşınma potensialından, Bakı-Tiflis-Qars yeni dəmir yolunun tikintisi işlərinin gedişindən danışılıb.

Tədbirdə, həmçinin, regionda nəqliyyat dəhlizlərinin inkişaf meylləri, Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan nümayəndə heyətlərinin müxtəlif məsələlər ətrafında müzakirələr aparmasının zəruriliyi də vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR