TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma və sərnişindaşımanın həcmi artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma və sərnişindaşımanın həcmi artıb
# 20 yanvar 2011 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 47,2 mln. ton yük və 205,2 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bu dəhliz vasitəsilə yükdaşımanın həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 8,8%, sərnişindaşımanın həcmi isə 8,2% artıb.

Yüklərin 42,5%-i avtomobil, 39,7%-i dəmir yolu, 17,8%-i dəniz nəqliyyatının payına düşüb, bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 8,4%, dəmir yolu nəqliyyatında 6,7%, dəniz nəqliyyatında isə 15,1% artım qeydə alınıb.

Yük daşımaları fəaliyyətindən 257,7 mln. manat, sərnişin daşınmasından isə 35,4 mln. manat gəlir əldə olunub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 16% və 13,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR