«eBay» şirkəti ötən il xalis mənfəətini 25% artırıb

«eBay» şirkəti ötən il xalis mənfəətini 25% artırıb
# 21 yanvar 2011 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «eBay» şirkətinin xalis mənfəəti 2009-cu ilə nisbətən 25% artaraq 2,389 mlrd. ABŞ dolları təşkil edib.

«APA-Economics»in şirkətin dərc etdiyi maliyyə hesabatına istinadən verdiyi məlumata görə, 2010-cu ildə şirkətin mədaxili 5% artaraq 9,156 mlrd. dollara çatıb, əvvəlki il isə bu göstərici 8,727 mlrd. dollara bərabər olub.

Buna baxmayaraq, ötən ilin IV rübü ərzində «eBay»ın xalis mənfəəti 2009-cu ilin analoji dövrü ilə müqayisədə 59% azalaraq 559 mln. dollar təşkil edib. Şirkətin mədaxili isə 5% artaraq 2,495 mlrd. dollar olub.

Qeyd edək ki, «eBay» internet-hərrac, internet-mağaza və dərhal ödəmə sahələrində xidmət göstərən şirkətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR