Krasnodar-Gəncə marşrutu ilə yeni aviareys açılacaq

Krasnodar-Gəncə marşrutu ilə yeni aviareys açılacaq
# 21 yanvar 2011 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Yakutiya» aviaşirkəti Krasnodar-Gəncə marşrutu üzrə birbaşa sərnişin aviareysi açmaq niyyətindədir.

«APA-Economics»in Rusiyanın «AviaPort» portalına istinadən verdiyi məlumata görə, bunu aviaşirkətin mətbuat katibi Svetlana Samsonova bildirib.

Onun sözlərinə görə, hazırda «Yakutiya» şirkəti 84 istiqamət üzrə mütəmadi olaraq birbaşa sərnişin avaireyslərini yerinə yetirir ki, bunlardan 13-ü beynəlxalq reyslərdir: «Bü il biz Novosibirsk-Neryunqri, Moskva-Pevek, Krasnodar-Gəncə, Krasnodar-Fərqanə, Blaqoveşensk-Xarbin marşrutları üzrə uçuşlara başlamaq niyyətindəyik».

Qeyd edək ki, hazırda Gəncə hava limanından Moskva, Sankt-Peterburq, Nijni Vartovsk və Kiyev şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR