«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq

«Bakcell» və «Azercell» yaxın vaxtlarda 3G texnologiyası üzrə xidmətlərə başlayacaq
# 22 yanvar 2011 11:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaxın vaxtlarda «Bakcell» və «Azercell» şirkətləri də 3G texnologiyası üzrə xidmətlər göstərmək üçün lisenziya alacaq. APA-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa çatdıraraq nazirliyə müraciət edib: “Onlar ən yaxın vaxtlarda bu lisenziyanı alacaqlar”.

Qeyd edək ki, hazırda Azərbaycanda “Azerfon” şirkəti 3G xidməti göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR