Bakıda stasionar telefon abunəçilərinə 450 dəqiqə pulsuz danışıq vaxtı veriləcək

Bakıda stasionar telefon abunəçilərinə 450 dəqiqə pulsuz danışıq vaxtı veriləcək
# 24 yanvar 2011 07:32 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəisi Beydulla Hüseynov bildirib.

BTRİB rəisinin sözlərinə görə, bu layihə hazırlananda stansiyalar arasında sıxlaşma, ADSL abunəçilərinin sayının artması nəzərə alınıb. İndiki sistem isə bu işlərə mane olur: «Fikrimcə, bütün dünyada tətbiq olunan ən yaxşı variant vaxta görə ödənişdir».

Nazirliyin bununla bağlı hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur. B.Hüseynovun sözlərinə görə, əhalinin böyük hissəsi bu dəyişikliyi demək olar ki, hiss etməyəcək: «Apardığımız analizlər göstərib ki, istifadəçilərin 50%-i ay ərzində 450 dəqiqədən az danışır».

Hələlik bu məbləğ dəqiqləşməsə də, telefon şəbəkəsinin rəisi bildirib ki, bu sistemin özünü iqtisadi cəhətdən doğrultması üçün bir dəqiqə üçün danışıq haqqının 0,5 qəpik olması lazımdır.

BTRİB rəisi bildirib ki, layihədə bir neçə ödəniş variantının eyni vaxtda istifadəsi nəzərdə tutulur: «Kim istəsə əvvəlki kimi abunədə qalacaq və ya yeni sistemə keçəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR