“Facebook” əlavə səhm emissiyasından satışından 1,5 mlrd. dollar əldə edib

“Facebook” əlavə səhm emissiyasından satışından 1,5 mlrd. dollar əldə edib
# 24 yanvar 2011 08:14 (UTC +04:00)
Bakı - APA-Economics. “Facebook” sosial şəbəkəsi səhmlərinin investorlara satışından 1,5 mlrd. dollar əldə edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu məbləğin 1/3 hissəsi “Goldman Sachs” bankından, eləcə də Rusiyanın “Digital Sky Technologies” şirkətindən daxil olub.

Ekspertlər qeyd edirlər ki, bununla da “Facebook” bazar dəyərini 50 mlrd. dollara çatdırıb. Bu, “Yahoo!” (18,07 mlrd. dollar) və “eBay” (30 mlrd. dollar) şirkətlərinin dəyərindən kifayət qədər yüksəkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR