Sabah Tiflisdə Bakı-Tiflis-Qars-Axalkələk dəmir yolunun inşası ilə bağlı üçtərəfli görüş keçiriləcək

Sabah Tiflisdə Bakı-Tiflis-Qars-Axalkələk dəmir yolunun inşası ilə bağlı üçtərəfli görüş keçiriləcək
# 24 yanvar 2011 09:05 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalantadze açıqlama verib.

Bu layihənin çox vacib olduğunu qeyd edib nazir müavini deyib ki, Bakı-Tiflis-Qars-Axalkələk dəmir yolu Asiya ilə Avropanı birləşdirəcək: “Dəmir yolunun tikintisi Gürcüstan üçün də böyük əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, yanvarın 27-dək davam edəcək müzakirələrdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Ramaz Nikolişviuli və Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR