BTRİB ötən il şəbəkəsinin genişləndirilməsinə 9,4 mln. manat investisiya yatırıb

BTRİB ötən il şəbəkəsinin genişləndirilməsinə 9,4 mln. manat investisiya yatırıb
# 24 yanvar 2011 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRİB) şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi üçün 9,4 mln. manat investisiya qoyuluşu həyata keçirilib və nəticədə 79 824 nömrə tutumlu yeni EATS-lər istifadəyə verilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində BTRİB şəbəkəsində 32 370 cüt xətt qurğuları tikilərək istismara verilib. Belə ki, alternativ rabitələrin yaradılması məqsədilə ATS-454 və ATS-453 arası mövcud telefon kanalizasiyası ilə 9,9 km FO-20 kabeli, ATS-454 – ATS-Türkan – Türkan Üzümçülük sovxozu – Hövsan kənd – Hövsan – Bahar bağları – ATS Zığ arası – 42 km FO-48 kabeli, ATS-445 və Lökbatan dairəsi arası – 5,5 km FO-24 kabeli , ATS-491 və ATS-493/498 arası – 4,18 km FO-48 kabeli, ATS-401 və ATS-406 arası – 2,65 km FO-24 kabeli, Bahar bağları ATS-nə - 2 km FO-12 kabeli, Türkan Üzümçülük sovxozu ATS-nə - 1,45 km FO-8 kabeli, Qala kənd ATS ilə Qala stansiya ATS arası – 4,35 km FO-10 kabeli çəkilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 34 635 (RİTN üzrə 18 631) ədəd artırılaraq 1 433 888 (RİTN üzrə 1 273 250) ədəd təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16,24 ədədə çatdırılıb. Bu göstərici Bakı şəhərində 34,9 ədəd, respublikanın digər ərazilərində 10,7 ədəd, kənd yerlərində isə 7 ədəd təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR