Azərbaycan prezidenti Bakıda bir sıra yeni infrastruktur obyektinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda bir sıra yeni infrastruktur obyektinin açılışında iştirak edib
# 24 yanvar 2011 11:24 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin, “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışlarında iştirak edib.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısı əvvəlcə Xəzər rayonunda avtomobillərin və piyadaların sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib.

Sonra prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanı-Zuğulba qəsəbəsi avtomobil yolunda tikilmiş Binə yol qovşağının açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb.

Dövlət başçısı Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi-Zuğulba yolunun 1,6-cı kilometrliyində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib.

Daha sonra Azərbaycan prezidenti “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışında da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR