Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri ötən il gəlirlərini 5% artırıb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri ötən il gəlirlərini 5% artırıb
# 24 yanvar 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr üzrə 280,1 mln. manat proqnoza qarşı 285,9 mln. manat və ya 2,1% çox gəlir əldə edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu göstərici 2009-cu illə müqayisədə 13,9 mln. manat və ya 5,1% artıb.

Əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 2009-cu illə müqayisədə 10,1% və ya 9,9 mln. manat artaraq 108 mln. manata çatdırılıb.

Qeyd edək ki, Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2010-cu il ərzində dövlət büdcəsinə 38,5 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 13,9 mln. manat vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR