Tiflisdə Bakı-Tiflis-Qars-Axalkələk dəmiryolunun tikintisi ilə bağlı görüş başlayıb - FOTO

Tiflisdə Bakı-Tiflis-Qars-Axalkələk dəmiryolunun tikintisi ilə bağlı görüş başlayıb - <font color=red>FOTO</font>
# 25 yanvar 2011 13:39 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Ziya Məmmədov və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolayişvili arasında geniş tərkibli görüş keçirilib.

Görüşü açıq elan edən R.Nikolayişvili Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, hər iki ölkənin işçi qrupları iki gün gərgin işləyib və bu gün ikitərəfli görüşdə Bakı-Tiflis-Qars-Axalkələk dəmiryolunun tikintisi ilə bağlı bir çox məsələləri müzakirə edəcəklər, sabah isə Türkiyənin nəqliyyat nazirini də müzakirələrə qatılacaq.

Gürcüstana ayrılacaq vəsait barədə danışan Z.Məmmədov məsələni bu gün müzakirə edəcəklərini, Gürcüstanda 165 km yolun reabilitasiya olunması üçün 565 mln. dollar lazım olduğunu bildirib.

Azərbaycanın nəqliyyat naziri Z.Məmmədov jurnalistlərə bildirib ki, bugünkü görüş Bakı-Tiflis-Qars-Axalkələk yeni dəmiryolunun tikilməsi və reabilitasiya işlərinin aparılması ilə bağlıdır: “Azərbaycanın dövlət büdcəsində və investisiya layihələrində bu il layihənin davamı üçün təxminən 80 mln. manat nəzərdə tutulub. Aydındır ki, burada vəsait artımı var, bununla əlaqədar bir neçə məsələlər var ki, Gürcüstan hökuməti ilə razılaşdırılıb. Bundan sonra biz lazımi sənədlərin üzərində işləyib, ölkə rəhbərlərinə təqdim edəcəyik və lazım olduqda təsdiqlənəcək”.

Z.Məmmədov APA-nın sualını cavablandıraraq bildirib ki, dəmir yolu xəttinin Gürcüstan və Türkiyə arasında işlər çox intensiv gedir, cədvəl üzrə planlı şəkildə aparılır: “Müəyyən hədəfə vaxtında gedib çıxacağıq”.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri R.Nikolayişvili isə deyib ki, bu, tərəflər arasında bir ildən sonra ilk görüşdür: “Biz Azərbaycanın nəqliyyat naziri ilə birlikdə cari məsələləri müzakirə edəcəyik. Biz keçən il görülən işlərdən çox razıyıq. Bu görüş Gürcüstan və Azərbaycan üçün, eləcə də Türkiyə üçün əhəmiyyət kəsb edir. Mən iki gün bundan əvvəl Nyu-Yorkda olmuşam. Bizim məşğul olduğumuz layihə dünyada yüz layihədən ən yaxşısıdır. Bu layihədə üç dövlət işləyir. Bu, çox vacibdir. Düşünürəm ki, hər şey yaxşı olacaq, tikintinin tempi inkişaf edəcək, yeni stansiyalar tikiləcək, yükdaşımaların həcmi artacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR