Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi ötən il 6% artırıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi ötən il 6% artırıb
# 26 yanvar 2011 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın həcmində üçüncü dəfə ardıcıl artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində hava nəqliyyatı ilə 1 mln. nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 6,2% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 78,8%-i dövlət bölməsinə, 21,2%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

İl ərzində hava nəqliyyatı ilə 39,5 min ton yük daşınıb ki, onun 81,3%-i qeyri-dövlət bölməsinin payına düşüb. Bu da 2009-cu ilə nisbətən 24,2% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın həcmində ilk dəfə olaraq artım (1,7%) müşahidə olunub. Növbəti artım isə yanvar-noyabr ayları ərzində qeydə alınıb (5,3%).

Xatırladaq ki, hazırda Azərbaycanda 5 hava limanı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR